Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya gəmisi 2 aydır İstanbuldan buraxılmır...
Təmir üçün İstanbula gələn "Streamline" yük gəmisi borc səbəbindən saxlanılıb, gəminin 11 rus ekipajı təxminən 2 aydır geri qayıtmayıblar.

Bizimyol.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dənizçilərinin Peşə Birliyinin sədri Aleksandr Rubtsov bildirib.

Rubtsov yük gəmisinin təmir üçün Moskva şəhərindən İstanbula getdiyini, gəminin daha sonra Rusiyaya geri dönəcəyinin planlaşdırıldığını deyib:

"Gəmi İstanbula gedəndə keçmiş sahibindən qalan borclar səbəbindən həbs olundu. Borcun məbləği təxminən 500 min dollardır. Gəmidə 11 ekipaj var, 9-u Moskva regionundandır. Təxminən 2 aydır gəmidən ayrılmırlar. Gəminin sahibi ilə əlaqə yaratmaq olmur".

Son xəbərlər
Bütün xəbərlər »