Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İki nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məhkəmə davam etdirilib
Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Həsənov Şamil Bəhram oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bizimyol.info xəbər verir ki, cinayət hakim Rahib Salmanovun sədrlik etdiyi kollegiyanın icraatındadır.

Prosesdə qəza zamanı dünyasını dəyişən Eldar Həsənovun atası Cəmşid Həsənov ifadə verib.

Cəmşid Həsənov qəzada dünyasını dəyişən digər şəxs Vüsal Quliyevin anası Rəfiqə Quliyevanın istəyi ilə məhkəməyə dəvət edilib. Rəfiqə Quliyeva bildirib ki, oğluondan təqsirləndirilən şəxsi bağışlamasının səbəbini soruşub: "Oğlum Cəmşidin oğlunun maşınında olub. Oğlumun iki maşını var idi. Amma Eldarın maşını ilə getmişdilər. Hadisə baş verən gün onlar barışıq elədilər. Mən Cəmşidgillə qonşuyam. Münasibətimiz də həmişə yaxşı olub. Hadisə gününün səhəri mən oğlumu torpağa tapşırmadan məni Cəmşidgil evlərinə çağırdılar. Mən də dedim bəlkə oğlumla bağlı nəsə xəbər var. Gelən kimi mənə dedilər ki, biz bağışlamışıq, sən də bağışla".

Hakim bildirib ki, zərərçəkmişin həbs edilən şəxsi bağışlaması sorğu-sual edilə bilməz. Zərərçəkmiş Cəmşid Həsənov bu suala cavab verməyib.

Rəfiqə Quliyeva qeyd edib ki, qəzanı törədən Şamil Həsənovla digər mərhum Eldar Həsənov arasında ədavət olduğundan və oğlunun da bu güdaza getdiyindən şübhələndiyini bildirib.

C.Həsənov isə mərhum oğlu ilə Şamil Həsənov arasında problem olmadığını deyib.

Məhkəmədə şahid qismində dindirilən yol polisləri Elnur Rəhimov və Elmədin İsmayılov bildiriblər ki, növbətçi hissədən qəza ilə bağlı məlumat daxil olandan sonra hadisə yerinə gediblər. Qəza baş verən yerə yaxınlaşarkən "OKA"da olan iki şəxsin öldüyünü görüblər. "Qəzanı törədən şəxs öz maşınının yanında olub və dəvət edilən zaman polis idarəsinə gedib.

Polislər zərərçəkmiş Rəfiqə Quliyevanın sualına cavab olaraq Şamil Həsənovun onlara heç bir müqavimət göstərmədiyini deyiblər.

Rəfiqə Quliyeva nəzarət kameralarındakı görüntülərin çıxarılmasını məhkəmədən xahiş edib.

Hakim bildirib ki, şahidlə rdindiriləndən sonra bu məsələyə baxılacaq.

Proses avqustun 27-də davam etdiriləcək.

Hadisə bu il martın 12-də saat 02 radələrində Sumqayıt şəhərində baş verib.

İttihama görə, Həsənov Şamil Bəhram oğlunun sərxoş halda idarə etdiyi “Hyunday Azera” markalı 99 DV 039 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozması nəticəsində Həsənov Eldar Cəmşid oğlunun idarə etdiyi 50 BE 671 dövlət qeydiyyat nişanlı “Oka” markalı avtomobillə toqquşması, nəticədə E.Həsənovun və sərnişin Quliyev Vüsal Vidadi oğlunun hadisə yerində vəfat etmələri faktına görə Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Ş.Həsənov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »