Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yolu keçən qara kabusu lentə aldılar - Fotolar, Video
Filippində qəribə hadisə baş verib.

Bizimyol.info Ölkə.Az-a istinadən xəbər verir ki, küçədə yolu keçən qara kabus və ya insan ruhu kameraya düşüb.

Hadisə Panqasinan vilayətində baş verib. Küçədə qurulan müşahidə kamerası qəribə insan fiqurunun küçəni keçməsini lentə alıb. Bu fiqur qara tüstüyə bənzəyir. Kabus səkidə peyda olur və dayanmadan küçəni keçir. Ruh küçəni keçəndə sürətlə ona avtomobil, yük maşınl və motosiklet yaxınlaşır. Kabus dayanmır və nəqliyyat vasitələri onun üstündən keçir. Görünən odur ki, sürücülər də ruhu görməyiblər və sürətlərini azaltmayıblar.

Siluet zəif sezilir və onun geyimdə olub-olmadığı bilinmir. Görünən sadəcə hərəkət edən ayaqlardır.

Hadisədən 13 saat sonra eyni fiquru meyvə dükanı yanında görənlər olub. Yerli sakinlər qorxuya düşüblər və qeyd edirlər ki, bu, ərazidə öldürülmüş insanın ruhudur və qisas almağa gəlib.

Son xəbərlər
Bütün xəbərlər »