Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Köçəryanın mətbuat konfransında qalmaqal: Eks-prezidenti qatil adlandırdılar – Video
Həbsdən azad olunan Ermənistanın keçmiş prezidenti Robert Köçəryan mətbuat konfransı keçirir.

Avropa.info xəbər verir ki, avqustun 13-də Apelyasiya Məhkəməsi Köçəryanın barəsində birinci instansiya məhkəməsində seçilən həbs qətimkan qərarı ləğv edib.

Ermənistan Xüsusi istintaq xidməti Apelyasiya məhkəməsinin bu qərarını qanunsuz hesab edib.

İstintaq orqanı hesab edir ki, Apelyasiya Məhkəməsi öz səlahiyyət həddini aşıb.

İstintaq orqanı hesab edir ki, Baş prokurorluq kasasiya şikayəti təqdim edəcək.

50-dək insan Köçəryanın həbsdən azad olunmasına etiraz olaraq, mətbuat konfransı keçirdiyi zala daxil olub. Zala daxil olanlar Köçəryana “Qatil” deyərək, şüarlar səsləndirirlər.

Qeyd edək ki, Köçəryan 1 mart 2008-ci ilə hadisələri ilə bağlı cinayət işi qaldırılaraq, iyulun 26-da barəsində iki aylıq qətimkan tədbiri seçilib.

https://youtu.be/tyU6Em_b-vE

Son xəbərlər
Bütün xəbərlər »