Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
11 sakini olan cənnət kimi ada satılır, həm də çox ucuz
Hazırda adanın 11 sakini var. Burada fərqli quşlar və heyvanlar yaşayır. Ancaq adaya ilanlar daxil ola bilmir.

Şotlandiyada 5,6 milyon dollara ada satışa çıxarılıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Şotlandiya sahillərində Inner Hebrides arxipelaqında yerləşən Alva adası, 4,25 milyon funt sterlinqə (5,6 milyon dollar) satışa çıxarılıb.

Adada saray, kilsə, restoran, koteclər, ov məkanı və 8 digər obyekt var. Adanın ərazisi 1800 hektardır. Adanın uzunluğu 12,07 kilometr, eni 4,02 kilometrdir. Ada 1945-ci ildən Hovard ailəsinə aiddir. Satışı Kinq Frank alqı-satqı agentliyi həyata keçirir.

İngilis yazıçı Valter Skotun "Adaların hakimi" (1815) əsəri bu adada yazılıb. Adada məşhur Afrika araşdırmaçısı Devid Livinqston (1813-1873) yaşayıb. 1950–ci ildə şahzadə II Yelizaveta "Britaniya" yaxtası ilə adanı ziyarət edib.

Hazırda adanın 11 sakini var. Burada fərqli quşlar və heyvanlar yaşayır. Ancaq adaya ilanlar daxil ola bilmir.

Xatırladaq ki, Inner Hebrides arxipelaqında 36 yaşayış və 43 qeyr-yaşayış adası var.

Son xəbərlər
Bütün xəbərlər »