Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Dolların lirə qarşısında bahalaşması ərəb turistlərin Türkiyəyə axışına səbəb olacaq” - Ekspert
Türkiyənin ABŞ-la münasibətləri gərginləşdikdən sonra dolların türk lirəsi qarşısında məzənnəsi durmadan dəyişir. Türkiyənin milli valyutası - lirə ABŞ dolları qarşısında rekord həddə ucuzlaşıb.

Bəs, Amerika valyutasının lirə ifadəsində indiyə qədər qeydə alınmış ən yüksək həddi ərəblərin Azərbaycan əvəzinə Türkiyəyə axışına səbəb ola bilərmi?

DAİR Hotellər və Restoranlar Assosiasiyasının üzvü, hüquq üzrə fəlsəfə doktoru Dinara Ağalıyeva bizimyol.info-ya bildirib ki, Türkiyənin milli valyutasında devalvasiya ərəb turistlərin bu ölkəyə axışına səbəb ola bilər.

"Türk lirəsinə nisbətdə ABŞ dollarının məzənnəsi Türkiyəyə gedən ərəblərin sayına təsir göstərəcək. Amma bu artım, Azərbaycana gələn ərəblərin sayı qədər artmayacaq. Çünki Azərbaycanın infrastrukturu Türkiyədən daha güclüdür. Baxmayaraq ki Türkiyənin turizm bazarı, xidmət səviyyəsi dünyada ön sıralardadır, amma bu ərəblər üçün cəlbedici deyil”.

D.Ağamaliyeva deyib ki, Türkiyədə turizm sektoru iki istiqamətdə inkişaf edib: “Onlardan biri bazarlıq və gəzməli-görməli yerləri ilə fərqlənən İstanbul turudur. Digər istiqamət isə resort istirahətdir. Yəni, Antalya, Alanya, Bodrum, Kəmərdə istirahətdir. Məsələn, İstanbula gedən turist üçün seçim ancaq tarixi abidələrdir. İstirahət edə bilmirlər”.

Ekspertin sözlərinə görə, ərəb turistlər üçün Azərbaycan sərfəlidir: “Ərəblər Azərbaycana 10 günlük tur paketi götürürlər. Bakıda tarixi abidələri görürlər, iki saat sərf edərək Qəbələdə, Şəkidə və İsmayıllıda təbiətin möcüzəsi ilə tanış olurlar, istirahət edirlər. Amma Türkiyədə meşəyə getmək üçün bir şəhərdən digər yerə 7 saat yol qət etməlidirlər. Vaxt itkisi ərəb turistlərə sərf etmir. Fars körfəzi ölkələri ilə yanaşı digər ölkələrdən turistlərin Azərbaycana gələcəyini gözləyirik. Məsələn, Hindistan, Pakistan və digər ölkələrə sadələşdirilmiş viza rejiminin tətbiq olunması nəticəsində gələn ildən həmin ölkələrdən gələn turistlərin sayında artım müşahidə olunacağı gözlənilir”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »