Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Üstünə pişik tullanan gənc qız 15 tikiş iynəsi uddu... - Foto
Türkiyədə şar partlatmaq üçün dodaqlarının arasına 15 tikiş iynəsi alan gənc qız iynələrin hamısını udub. Xəstəxanaya aparılan qızın mədə və nazik bağırsağına sancılan iynələrdən 3-ü çıxarılıb.

Bizimyol.info Moderator.az-a istinadən xəbər verir ki. 17 yaşlı qız dostları ilə məhəllədə oynayarkən dodaqlarının arasına aldığı tikiş iynələri ilə yerə uzanaraq yuxarıda qoyulan şarları partlatmağa çalışıb. Bu zaman yoldan keçən bir pişiyinin üzərinə tullanması nəticəsində vahiməyə düşən qız dodaqlarının arasında olan 15 tikiş iynəsini udub.

Həkimlər hadisənin bu günə qədər rast gəldikləri nadir hallardan biri olduğunu və iynələrin təbii yolla çıxacağına ümid etdiklərini bildiriblər.

Qeyd edək ki. yoğun bağırsağa sancılan iynələrin təbii yolla çıxmaması halında kolonoskopiya üsulu ilə çıxarılmasına çalışılacaq.

Son xəbərlər
Bütün xəbərlər »