Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
16 il eyni mahnıya qulaq asan qadın həbs olundu - Video
16 ildir eyni musiqini dinləyən Eva N. adlı qadın həbs olunub.

Bizimyol.info Qaynarinfo.az-a istinadən xəbər verir ki, maraqlı hadisə Slovakiyanın Sturovo qəsəbəsində qeydə alınıb. O, qonşuların şikayəti əsasında saxlanılıb.

Qonşuların sözlərinə görə, qadın 16 ildir ki Cüzzeppe Verdinin "La Traviata" operasından 4 dəqiqəlik ariyanı gecədən səhərə qədər dinləyir və bu da onları narahat edir.

Saxlanılan qadın zorakılıq və pis niyyətli zülm verməkdə ittiham olunur. Günahı sübuta yetiriləcəyi təqdirdə o, 6 aydan 3 ilə qədər həbs cəzası ala bilər.

Qeyd edək ki, qadının dinlədiyi ariyanı Plasido Dominqo ifa edib. Sakinlərdən biri açıqlamasında, "Plasido Dominqonu mən də sevirəm, amma belə yox", - deyib.

Sözügedən ifanın 2016-cı il versiyasını təqdim edirik:

Son xəbərlər
Bütün xəbərlər »