Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhriyar Məmmədyarov birinci oldu
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Sent-Luisdə (ABŞ) keçirilən "Grand Chess tour” seriyasında rapid-turnirin qalibi olub.

Bizimyol.info  xəbər verir ki, Məmmədyarov Sergey Karyakin (Rusiya) və Vişvanatan Anand (Hindistan) üzərində qələbə qazanıb, kubalı Lenyer Dominqeslə heç-heçə edib.

9 turdan sonra 12 xal toplayan Məmmədyarov amerikalı Hikaru Nakamura ilə 1-2-ci yerləri bölüşdürsə də, əlavə göstəricilərə görə ilk yeri tutub.

Üçüncü yerin sahibi isə turnirdə Məmmədyarova qalib gələn yeganə şahmatçı Fabiano Karuana (ABŞ) olub.

Bu gün "Grand Chess tour”un üçüncü mərhələsi çərçivəsində blitz-turnir start götürəcək.

Son xəbərlər
Bütün xəbərlər »