Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Xəzəryanı dövlətlər Xəzərlə bağlı bir neçə məsələni həll etməyib” - Ekspertdən açıqlama
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçıları Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıb.

Bizimyol.info -ya açıqlama verən “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı İlham Şaban Konvensiyanın əhəmiyyətinə toxunub:

“22 il hüquqi sənədin üzərində iş getdi. 1996-ci ildən indiyəcən Xəzərdə baş verən problemləri həll etmək üçün hüquqi sənəd olmadığından məsələlər açıq qalırdı. Şükürlər olsun ki artıq ortada hüquqi sənəd var. Bundan sonra tərəflər arasında hər hansı bir mübahisə predmeti yaranarsa, Konvensiyaya müraciət etmək mümkün olacaq. Və Xəzəryani dövlət özünün gedişlərini bu sənədə uyğun atacaq”.

İ.Şaban məsələ bildirib ki, bununla belə Xəzərlə bağlı bir neçə açıq məsələ qalıb: “Hələ də bir neçə məsələ həllini tapmayıb. Sonrakı mərhələlərdə bunlar etab-etab həll ediləcək. Onlardan ən vacibi Xəzərin dibinin bölünməsi ilə bağlı Azərbaycan, İran və Türkmənistan arasında olan problemi məsələlərdir. Xəzərin şimal hissəsi Azərbaycan, Rusiya və Qazaxıstan arasında orta xətt prinsipi ilə bölünüb. Amma Xəzərin cənub hissəsi ilə bağlı isə hüquqi razılaşma 1 ilə də həll oluna bilər, 100 ilə də uzana bilər”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »