Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaqatalada sakinlər evinə qayıda bilmir, içməli su yoxdur
Respublikanın bəzi şimal-qərb rayonlarında fasilələrlə yağan leysan xarakterli yağışlar nəticəsində Zaqatala və Balakən rayonlarında bəzi ərazilərin subasmaya məruz qalması ilə əlaqədar bəzi ərazilərə içməli suyun verilişi bərpa olunmayıb.

Bunu bizimyol.info-ya Zataqata sakini Rahib Abbasov bildirib.

“Zaqatala çaylarla bol olan rayondur. Yeni su xəttləri çəkilib, biz gözləyirdik suyun verilişində fasilə olmayacaq. Son illər Zaqatalaya yağış yağandan sonra bu ərazidə içməli suyun verilişi dayandırılır. İki gündür suyun verilişində fasilə yaranıb”,-deyə R.Abbasov bildirib.

Onun sözlərinə görə, bəzi ərazilərin subasması nəticəsində evlər yararsız vəziyyətə düşüb: “Bəzi kəndlərdə sakinlər evlərini təkr edib. Bəziləri evinə qayıtsa da, bəziləri subasma nəticəsində yol dağıldığına görə evlərinə qayıda bilmir. Yolun düzəldilməsini gzöləyirlər”.

Qeyd edək ki, avqustun 10-da axşam saatlarından başlayaraq avqustun 11-də səhər saatlarınadək Respublikanın bəzi şimal-qərb rayonlarında fasilələrlə yağan leysan xarakterli yağışlar nəticəsində Zaqatala və Balakən rayonlarında bəzi əraziləri subasmaya məruz qalıb.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »