Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağstafada toydan sonra kütləvi dava: Yaralananlar var
Ağstafa rayonunda kütləvi dava olub, toydan çıxan 27 yaşlı oğlan ölümcül döyülüb.

"Report"un məlumatına görə, hadisə rayonun Yuxarı Göycəli kəndində baş verib. Toy mərasimindən çıxan 1991-ci il təvəllüdlü Nurlan Mahir oğlu Haqverdiyev yolda tanımadığı şəxslər tərəfindən ölümcül döyülüb. Kütləvi dava zamanı onunla bərabər Qazax rayon Cəfərli kənd sakini, 1988-ci il təvəllüdlü Qaramollayev Elmir Mayıl oğlu da döyülüb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlardan N.Haqverdiyevin vəziyyətinin ağır olduğu bildirilir. Onun, boğazından aldığı zərbədən nəfəs almaqda çətinlik çəkdiyi deyilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər
Bütün xəbərlər »