Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəncədə terror törətmək istəyən şəxs Sumqayıtda məhv edildi - Foto
Sumqayıtda polis əməkdaşlarına qarşı müqavimət göstərərkən məhv edilən Muraz Rəhimov Gəncədə imamın və polislərin qətlini əvvəlcədən planlaşdırıbmış.

Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən bildirilib.

Daha əvvəl xəbər verdiyimiz kimi, 3 və 10 iyul Gəncə hadisələrinin fəal iştirakçısı, 1989-cu il təvəllüdlü Rəhimov Muraz Çapay oğlu axtarışa verilmişdi. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə cinayətkarın Sumqayıtda gizləndiyi yer müəyyən edilmişdi.

Cinayətkar polislərin silahı yerə qoymaq və təslim olmaq barədə dəfələrlə etdikləri çağırışlara əhəmiyyət verməmiş və qanun keşikçilərinə atəş açmışdı. Polis xidməti silah tətbiq etmək məcburiyyətində qalmış və cinayətkar cavab tədbirl ilə məhv edilmişdi.

Məlumata görə, radikal dini cərəyanlara meylli Muraz Rəhimov 2012-ci ildə Bakı şəhərində keçirilmiş “Evrovision” mahnı müsabiqəsi öncəsində paytaxtda partlayış törətmək niyyətində olub. Həmin dövrdə onun yaşadığı mənzildən qumbara aşkar olunduğuna görə o, məhkum edilib.

Muraz Rəhimov cəzaçəkmə müəssisəsində olarkən “Müsəlman Birliyi Hərəkatı”na qoşularaq daha aqressiv mövqe göstərməyə başlayıb. Daha sonra o, elə orada qadağan olunmuş əşya saxladığına görə yenidən cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunub.

O da müəyyən edilib ki, Muraz Rəhimov 2018-ci il Aşura mərasimi dövründə Gəncə şəhərinin imamını və polis əməkdaşlarını öldürməyi planlaşdırırmış.

Son xəbərlər
Bütün xəbərlər »