Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kriştianu Ronaldu: “Uşaqlıqdan arzulayırdım ki, “Yuventus”da oynayım”
Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu bildirib ki, Turinin “Yuventus” klubunda oynamaq onun uşaqlıq arzusu olub.

Bizimyol.info Virtualaz.org-a istinadən xəbər verir ki, yay aylarında Madridin “Real” klubundan İtaliya “Yuventus”una keçmiş hücumçu deyib: “Yuventus” böyük klubdur. Uşaqlıqdan komandanı izləyir və arzulayırdım ki, nə vaxtsa bu komandada oynayacağam. İndi mən burdayam”.

Ronaldu həmçinin İtaliya klubunun heyətinə qatılmaq istəyinin nə vaxt yarandığından danışıb: “Dəqiq deyə bilmərəm ki, bu qərarı nə vaxt verdim. Çempionlar Liqasında “Yuventus”la qonaq meydanda oynayırdıq. Qol vurdum və gördüm ki, bütün stadion məni alqışlayır. Bu inanılmaz duyğu idi. Həmin vaxtdan bu klubdan daha çox xoşum gəlir. Demək olmaz ki, o an həlledici oldu, amma çox vacib an idi”.

Son xəbərlər
Bütün xəbərlər »