Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Messi “Barselona”nın kapitanı oldu
Lionel Messi Kataloniya klubunun kapitanı oldu.

Bizimyol.info Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumat “Barselona”nın saytında yerləşdirilib.

Argentinalı hücumçu kapitan sarğısına Andres İnyesta klubu tərk etdikdən sonra yiyələnib.

Klubun vitse-kapitanı yarımmüdafiəçi Serxio Buskets təyin edilib.

Üçüncü kapitan Jerar Pike, dördüncü isə - Serxi Roberto seçiliblər.

Qeyd edək ki, Messi “Barselona”nın heyətində 8 dəfə İspaniya çempionu, 5 dəfə İspaniya kubokunun sahibi və 4 dəfə ÇL-in qalibi olub.

Son xəbərlər
Bütün xəbərlər »