Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa qaz bazarına inteqrasiya: Azərbaycan faktoru

“Moody’s” beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin sürətlənəcəyini gözləyir.

Trend-in məlumatına görə, bu barədə agentliyin hesabatında deyilir. Agentliyin analitikləri 2018-ci ildə Azərbaycan iqtisadiyyatının 1,5 faiz, 2019-cu ildə 3 faiz təşkil edəcəyini proqnozlaşdırırlar: “Əlverişli xarici mühit - 2017-ci ildə neft qiymətlərinin orta hesabla 54 dollar olması, milli valyutanın sabitliyi və inflyasiyanın azalması Azərbaycan iqtisadiyyatının bərpasına gətirib çıxardı. Biz gözləyirik ki, Azərbaycanda ümumi daxili məhsulun artımı 2018-ci ildə 1,5 faiz, 2019-cu ildə 3 faiz artacaq. Bu, neft qiymətlərinin artmasının davam etməsi ilə və Azərbaycan məhsullarının ixracının artımı ilə izah olunur”.

Bu proqnozlar Prezident İlham Əliyev bu yaxınlarda Qarabağ, Böyük Vətən Müharibəsi, Çernobıl əlillərinə, şəhid ailələrinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindıəki çıxışında da belə bir fikir bildirmişdi. Ölkə Prezidentinin fikri beynəlxalq reytinq agentliyinin proqnozları uləı üst-üstə düşür. Prezident demişdi ki, 2019-cu il Azərbaycanda sürətli inkişaf ili olacaq.

Bu fikirləri deyərkən cənab İlham Əliyev Azərbaycanın xüsusilə enerji daşıyıcılarının ixracı ilə bağlı layihələrdə iştirakına diqqət çəkir. Cənub Qaz Dəhlizi layihəsi bu baxımdan çox uğurlu layihədir və ən nüfuzlu beynəlxalq ekspertlər və beyin mərkəzləri də təsdiq edir ki, Azərbaycandan başlayan bu dəhliz regionun enerji xəritəsini dəyişməyə qadirdir. Hətta belə bir fikir də irəli sürülür ki, ABŞ üçün Cənub Qaz Dəhlizi İrana qarşı sanksiyalardan da önəmlidir. Bu fikrin müəllifi amerikalı ekspert və “Bilig Brains” layihəsinin analitiki Rafael Səttarovdur. Ekspertin sözlərinə görə, iri şirkətlərin maraqlarına toxunacaq: “SOCAR və BP-nin qismində enerji nəhənglərinin lobbiçilik fəaliyyətləri nəticə verdi və onlar ABŞ prezidentinin yaxın ətrafına çatdıra bildilər ki, ABŞ-ın müttəfiqlərinin enerji təhlükəsizliyinə xidmət edəcək yeni layihənin mövqelərini zəiflətmək lazım deyil. Bundan başqa, Donald Trampın “Cənub Qaz Dəhlizi” ilə bağlı sərənceamı göstərir ki, ABŞ bu layihənin Rusiyanın Avropadakı layihələri ilə rəqabət aparacağını başa düşür O Trend-ə deyib ki, Azərbaycan bu gün iri qaz tədarükçüsü qismində fəal şəkildə dünya bazarlarına daxil olub. Bu da Azərbaycana Qərbin marağını artırır: “Əlbəttə ki, Azərbaycan qazının həcmi Rusiya qazı ilə müqayisə oluna bilməz, amma yenə də Azərbaycan “Cənub Qaz Dəhlizi” ilə tədarükü 16 milyard kubmetrədək çatdıranda bu dəhliz ölkəyə əlavə mənfəət gətirməklə yanaşı, onun Avropa bazarlarına təbii qaz tədarükçüsü kimi nüfuzunu artıracaq”.

Burdan çıxan nəticələr maraqlıdır. Rusiya və İran kimi iri qaz ixracatçılarının olduğu bu regionun enerji xəritəsində Azərbaycanın rolu və yeri daha sanballı və təsirlidir. Bu rol o qədər əhəmiyyətlidir ki, ABŞ kimi superdövlətin öz regiona yönəlik strategiyasına yenidən baxmasına gətirib çıxarır. Təbii ki, hər kəs bilir, İkinci Ddünya Müharibəsində Sovetlər Birliyinin qələbəsini Azərbaycan, Bakı nefti həll etdmiş olduğu kimi, bu gün Avropanın enerji siyasətinin müəyyən və icra olunmasında Azərbaycan qaz ehtiyatları, onun nəqli yolları mühüm əhəmiyyət daşıyır. Azərbaycanın və Türkiyənin çox önəmli tərəfdaş olduqları bu layihəyə ABŞ dəstək verir, Rusiya və İran kimi böyük regional güclər bu layihənin kənarında qalsalar belə, onun icrasına əngəl ola bilmir. Bu, Azərbaycanın enerji diplomatiyasının uğuru kimi qiymətlndirlir. İstər yerli, istərsə də beynəlxalq ekspertər bu fikirləri söyləyərkən konkret faktlara əsaslanırlar. Faktlar isə ifayət qədər çoxdur. Məsələn, Azərbaycan Rusiyadan Qərbə gedən qaz kəmərlərinə alternativ ola biləcək qaz dəhlizi layihəsində əsas iştirakçılardan biri olmaqla yanaşı eyni zamanda rəsmi Moskva ilə iqtisadi-ticarət əlaqılərini nəinki saxlamaqda davam edə bilir, üstəlik bu əlaqəlri daha da genişləndirir. Eyni hal İranla da baş verir. Bundan başqa ABŞ İrana qarşı enerji sahələrini əhatə edən sanksiyalar tətbiq etməyə başlayır, Azərbaycan həmin sanksiyalara qoşulmamaqla yanaşı ABŞın Cənub Qaz Dəhlizinə dəstəyini də ala bilir. Bu o zaman baş verir ki, ABŞ-la Türkiyə arasında münasibətlər çox gərginləşib. Ancaq Azərbaycan bu iki ölkə arasında dövlət maraqlarını uzlaşdıra biləcək nöqtələri tapıb təqdim edə bilir. Eyni şeylər Türkiyə ilə Yunanıstan arasındakı münasibətlərə də aiddir. . Buna missal olaraq Yunanıstanın Xəzər region üzrə eksperti Marika Karayianninin reporta müsahibısindən bir hissəni göstərə bilərik. “Məlumdur ki, Yunanıstanla Türkiyə arasında əlaqələr o qədər də yaxşı deyil. üşünürsünüzmü ki, TAP-TANAP üzərində birgə əməkdaşlıq iki ölkəni bir-birinə yaxın edər?” sualına ekspert belə cavab verib: “İki ölkə arasındakı bəzi məsələlərdə ikitərəfli qarşıdurmaya baxmayaraq, bu, energetika sahəsində əməkdaşlığa aid deyil, çünki hər iki ölkənin aparıcı energetika şirkəti DEPA və BOTAŞ arasında həmişə mükəmməl əməkdaşlıq olub. Bundan başqa, 2005-ci ildə əvvəlki baş nazirlər Karamanlis və Rəcəb Tayyib Ərdoğan Karacabəy-Komotini qaz kəmərinin açılışında iştirak ediblər. Bu boru kəməri hələ də fəaliyyət göstərir və hazırda "Şahdəniz" (Mərhələ-1-REP.) qazını Türkiyə vasitəsilə Yunanıstana nəql edir. İki ölkə TAP-da səhmlərə sahib olmasalar da, CQD-nin tikintisi və təşviqi ilə bağlı çoxlu işlər görür və hər ikisi CQD-nin Məşvərət Şurasının üzvüdür”.

Bu müsahibədən də göründüyü kimi, Azərbaycanın təşəbbüskarlarından və əsas iştirakçılardan biri olduğu qaz ixracı layihəsi öz aralarında soyq münasibətləri, hətta bəzən qarşıdurmaya qədər çatan ziddiyyətləri olan ölkələri də vahid maraq və məramlar ətrafında birləşdirə bilir. Eyni zamanda bu layihə Azərbaycanın Avropa Birliyi ilə münasibətlərinə də yeni bir çalar qatır. Bu yaxınlarda Brüsselə hansısa xəyali dəstək arxasınca gedən Ermənistan baş naziri Nikol Paşinyanda fərqli olaraq İlham Əliyev ciddi, səmərəli tərəfdaşlıq üçün hazır və bua qadir olan ölkənin rəhbəri olaraq uğur qazandı. Eyni zamanda İlham Əliyvin Brüsselə səfərinin ardından Avropa İttifaqının nümayəndə heyəti Bakıya gəldi. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısıhəmin görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunaraq, bu yaxınlarda Brüsselə səfərini və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla keçirdiyi görüşünü məmnunluqla xatırlayaraq qeyd edibi ki, həmin səfər zamanı aparılan səmərəli danışıqlar və Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması əməkdaşlığın gələcək inkişafı üçün önəmlidir. Prezident İlham Əliyev qeyd edib ki, eyni zamanda, bu sənədin paraflanması Azərbaycanın Avropa ilə əlaqələrə böyük əhəmiyyət verdiyini bir daha nümayiş etdirdi. Azərbaycan-Avropa İttifaqı əlaqələri gündəliyinin geniş olduğunu bildirən dövlətimizin başçısı əməkdaşlığın uğurla inkişaf etdiyini deyib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan, eyni zamanda, NATO-nun etibarlı tərəfdaşıdır və bu təşkilat Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirir. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Avropa İttifaqı-Azərbaycan əlaqələrinin genişləndiyini deyib və bildirib ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar var. Bu baxımdan qonaq Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin yaxın zamanlarda imzalanacağına ümidvar olduğunu bildirib.

Bu o deməkdir ki, Avropa İttifaqı Azərbaycanı özünün qaz girovluğundan xilasında ən əsas tərəfdaşlardan biri kimi görür. Həm də təkcə bu sahədə deyil. Bu qaz kəməri layihəsi bir çox məsələlərdə öz aralarında problemlər yaşamaqda olan Cənubi və Şərqi Avropa ölkələrini eyni maraq ətrafında birləşdirir. Avropa Birliyi də öz üzvləri arasında ixtilafın arxa plana keçdiyini gördükcə, layihənin önəmini, perspektivini daha yaxşı dərk edir və dəstəyini artırır. Məsələn, həmin Yunanıstanlı ekspertin verdiyi başqa bir məlumata görə, Boru kəmərinin Serbiya hissəsi Aİ-nin maraq kəsb etdiyi layihələr siyahısına daxil edilib və tikintisinə 49,6 mln. avro ayrılıb. Sistemlərin birləşdirilməsi TAP-ın Yunanıstandakı kompressor stansiyadan baş tutacaq. Oxşar birgə bəyannamələr Bolqarıstan-Rumıniya və Rumıniya-Macarıstan interkonnektorları ilə bağlı da imzalanıb və onlar da maraq kəsb edən layihələr siyahısına daxil edilib və Aİ-dən maliyyələşməni ala bilər. Azərbaycan və Türkiyə Cənubi və Cənub-Şərqi Avropa bölgələrində stabilləşdirici faktorlar olmağa başlayıblar və əgər bu layihə (Trans-Adriatik qaz kəməri layihəsi) İtaliya hökumətinin də dəstəyini alarsa, Cənub Qaz Dəhlizi Xəzər, Qara dəniz və Adriatik dənizi sahili ölkələrin vahid bir əməkdaşlıq xəttini, zəncirini yaradacaq. Baxın, İtaliyada TAP layihəsinin “lazımsız” olduğunu iddia edənlərə Xəzər enerji layihələri üzrə ekspert necə cavab verib: “Fakt odur ki, TAP layihəsi İtaliya üçün çox faydalı olacaq. İtaliyanın qazpaylama şəbəkəsinin genişləndirilməsi Cənub Qaz Dəhlizinin proqramında yer alır və bu, "Şahdəniz" yatağından hasil olunan qazın gələcəkdə İtaliyadan Mərkəzi və Qərbi Avropaya nəql olunmasına imkan yaradacaq. Bunun nəticəsində İtalya LNG terminalları ilə birlikdə özü də enerji mərkəzinə çevriləcək. Yunanıstan və İtaliya dost ölkədir və hər iki ölkə Avropa İttifaqının üzvü olduğundan enerji məsələlərində sıx əməkdaşlıq edirlər”.

Məlumat üçün bildirək ki, Avropa qaz bazarına ABŞ kimi iri oyunçu da daxil olur. Dünya qaz bazarındakı gəlişmələrə diqqət çəkən ekspert bildirir ki, ABŞ-ın LNG tədarükləri vasitəsi ilə “Avropa qaz bazarına daxil olması ilə bağlı böyük istək var. İlk belə tədarük Polşaya həyata keçirilib. Amerika şirkətləri, həmçinin ABŞ-dan maye qazın Şimali Yunanıstana tədarük etməsi məsələsində fəaldırlar”.

Beləliklə, Avropa qaz bazarına çıxan Azərbaycanı orada Rusiya və ABŞ kimi rəqiblər də gözləyir. Ancaq Azərbaycanın enerji siyasəti ona hesablanıb ki, öz maraqları ilə başqa regional və qlobal güc mərkəzlərinin, müxtəlif ixracatçıların, eləcə də, qaz istehlakçılarının maraqlarının balansını tapa bilsin. Rəsmi Bakı buna nail olur, bu yolla öz enerji sektorunu Avropa İttifaqı məkanının enerji sisteminə inteqrasiya edir.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »