Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bakıda qızlar ərəblərə üstünlük verirlər” - Ukraynanın XİN-ində təcrübə keçən azərbaycanlı qız
Ukraynanın Xarici İşlər Nazirliyində təcrübə keçən, 7 dil bilən 26 yaşlı azərbaycanlı Ukrayna vətəndaşı Röya Mirzəzadə bizimyol.info-ya müsahibə verib.

O, 10.07.1992-ci ildə Cəbrayıl rayonunda anadan olub. 23 ildir ailəsi ilə birlikdə Kiyevdə yaşayır və Ukrayna vətəndaşıdır. Burada orta təhsil alıb. Taras Şevçenko adına Kiyev Milli Universitetinin beynəlxalq siyasi münasibətlər fakültəsinin məzunudur.

“Yeddi dildə danışıram. Yəni Azərbaycan, rus, ukrayna, türk, ingilis, polşa, belarus dillərini bilirəm. Hazırda ixtisası üzrə Ukraynanın Xarici İşlər Nazirliyində təcrübə keçirəm. Pulsuz-parasız imtahan verib seçildim. 1-2 aya məni işə qəbul edəcəklər. Onu da deyim ki şeir yazıram, mahnı oxuyuram və “vine”larda çəkilirəm”,-deyə R.Mirzəzadə bildirib.

Onun sözlərinə görə, Ukraynaya təhsil almağa gələn gənclərə dəstək olur: “Son dövrlərdə Ukrayna təhsilində baş verən yeniliklər onu deməyə əsas verir ki, burada təhsil sistemində yüksək nailiyyətlər və uğurlar qazanılıb. Ona görə də, Ukraynada təhsil alan xarici tələblərin sayı ildən-ilə artır”.

Bir ay öncə Azərbaycanda olduğunu xatırladan Röya Mirzəzadə daha Azərbaycana gəlmək istəmədiyini deyib: “Çünki azərbaycanlı qızların 60 faizi ərəblərə çox üsdünlük verirlər. Köhnə Bakıdan əsər-əlamət qalmayıb. Eləcə də, intiharların, zorlamaların, qətillərin sayı artıb”.

Azərbaycan kimi Ukryananın da ərazisinin işğal olunduğunu xatırladan həmsöhbətimiz deyib ki, Ukraynada qiymətlər sürətlə artır: “Qiymət artımı işğal olunan ərazilərdə əsgərlərə kömək etmək məqsədi ilə edildiyini bildirirlər”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »