Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Doğuşdan sonra ölən ana kimya müəlliməsiymiş...
Sumqayıtda ana xəstəxanada doğuşdan sonra dünyasını dəyişib.

"Report" xəbər verir ki, hadisə 2 saylı Sumqayıt Şəhər Xəstəxanasında baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Məmmədova Gülsüm Ramil qızı körpəni dünyaya gətirdikdən sonra dünyasını dəyişib. Mərhumun yaxınları onun ölümünü həkim səhlənkarlığı ilə əlaqələndirirlər.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinə təhvil verilib.

Sumqayıt şəhərindəki 2 saylı Doğum Evində 1988-ci il təvəllüdlü Əliyeva Gülsüm Rasim qızının doğuş vaxtı vəfat etməsi ilə bağlı cinayət işi açılıb. Lent.az-ın əldə etdiyi məlumata görə, faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb.

Qeyd edək ki, xəstəxanadan bildirilib ki, 29 yaşlı qadın qanaxma nəticəsində həyatını itirib. Fakla bağlı müvafiq ekspertizalar təyin edilib.

Mərhum G.Əliyeva Sumqayıtdakı Qubadlı məktəblərindən birində kimya müəllimi imiş.

Bu, son 3 ayda Sumqayıtda doğuş zamanı baş verən ikinci ana ölümüdür.

Son xəbərlər
Bütün xəbərlər »