Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilib.
Məlumata görə, ilkin araşdırmalarla 85 saylı MKİS-in rəisi Zahid Bədəlovun qulluq mövqeyindən sui-istifadə edib Meşə Məcəlləsinin və meşə qanunvericiliyi üzrə normativ aktların tələblərini kobud surətdə pozaraq kəsməyə hüquq verən əsaslar olmadan xeyli miqdarda ziyan vurmaqla ağacları və kolları qanunsuz kəsməsi hallarına yol verməsi müəyyən edilib.
Həmin faktlarla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 14 iyul 2017-ci il tarixdə Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində zəruri istintaq tədbirləri davam etdirilir.