Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur aparıcını ilan sancıb

"Aparıcı İlqar Mikayıloğlunun vəziyyəti normaldır. Onu su ilanı-təlxə sancıb. Həmin ilan zəhərsizdir. Sadəcə ayağını dişləyib. Ona görə, zərdab vurulub ki, infeksiya keçməsin”.

Bu sözləri Lent.az-a aparıcının həyat yoldaşı, hüquqşünas Zülfiyyə Babayeva deyib.

O qeyd edib ki, hazırda Füzulidən Bakıya gəlirlər: "Bakıya gəlirik, hər şey yaxşıdır. İlqarın heç bir həyati təhlükəsi yoxdur".

Sosial şəbəkələrdə isə İlqar Mikayıloğlu barəsində yayılan bu xəbərinin reklam xarakterli olması ilə bağlı məlumatlar yayılıb.

***

Tanınmış teleaparıcı İlqar Mikayıloğlunu çəkiliş zamanı ilan sancıb.

Lent.az-ın big.az-a istinadən məlumatına görə, Füzuli rayonunun Haramı düzündə verilişin çəkilişi zamanı aparıcını ilan sancıb və o, dərhal qospitala göndərilib. Teleaparıcının hələ xəstəxanaya çatdırılmadığı, hələ də yolda olduğu bildirilir.

Hadisə şahidləri İlqar Mikayıloğlunun səhhətinin ağır olduğunu da bildiriblər.

Son xəbərlər
Bütün xəbərlər »