Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Tam istirahət üçün neçə gün kifayət edir? - Araşdırma...
190346istirahet
İldə bir dəfə uzun müddətli məzuniyyətdənsə, tez-tez istirahət etmək insana daha faydalıdır...

Yayın qızmar, lap adamı əldən salan vaxtıdır. Şəhərin hay-küyündən, maşınların tüstüsündən, tıxacından, ümumiyyətlə gündəlik sıxıcı, problemli həyatdan baş alıb getmək istəyirsən. Bahalı istirahətlər məlumdur, zatən zənginlərin həyatında istirahət günləri çoxdur, amma 11 ay işləyib məzuniyyət gözləyən, birtəhər qənaət edənlər gərək elə istirahət etsinlər ki, növbəti 11 aya yaxşı əhval-ruhiyyə ilə başlasınlar.

Bəs neçə gün istirahət insan üçün ideal sayıla bilər?

Bizimyol.info Moderator.az-a istinadən xəbər verir ki, Niderlandın Neymeqan universitetinin alimləri bu ideal günləri müəyyənləşdiriblər.

Ekspermentdə orta yaşı 42 olan 54 işləyən adam iştirak edib. Onlar 15 gündən 34 günədək uzanan istirahətə gediblər və məzuniyyətdən əvvəl və sonra özlərini necə hiss etməkdən danışıblar. Tədqiqatçılar müxtəlif faktorlarla - sağlamlığın vəziyyəti, yorğunluq, razı qalmaq, əhval-ruhiyyə, gərginlik və enerji səviyyəsi ilə maraqlanıblar.

Eksperimentin gedişində məlum olub ki, məzuniyyətin 8-ci günü göstəricilər yaxşılaşmağa başlayıb. Məzuniyyətin səkkiz və ya 28 gün olmasından asılı olmayaraq, bir həftə ərzində onun gümrahlığı və keyfi əvvəlki səviyyəyə qayıdıb.

Alimlər onu da qeyd ediblər ki, sağlamlıq üçün ildə bir dəfə uzun müddətli məzuniyyətdənsə, tez-tez istirahət etmək insana daha faydalıdır.

Paylaş »
››› Azərbaycanda dəhşət: Qəzada oğlunun öldüyünü zənn edən kişi dünyasını dəyişdi
››› Metrostansiyada uçqun təhlükəsi: "Dəmir-beton konstruksiyalarda aşınmalar var"
››› Məktəb direktorunun qızı özünü binadan atıb
››› "Ukrayna ilə yanaşı hamımız məğlub olacağıq" - Saakaşvili
››› Dünyanın ən varlı insanları hansı bürcdəndir...
Son xəbərlər
Bütün xəbərlər »