Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dəhşət: Bloqer “layk”lara görə övladlarını incidirmiş - Video
Məşhur amerikalı bloqer və “YouTube”da “CJ SO COOL” kanalının müəllifi Ceyms Bredinin zövq xatirinə övladlarına işlətmə dərmanı verməsi izləyicilərin qəzəbinə səbəb olub.

Bizimyol.info Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı “The Daily Mail” məlumat yayıb.

Videoda görünür ki, 29 yaşlı Bredi dondurmanın içərinə çox sayda işlətmə dərmanı qatıb və onu uşaqlarına təklif edir. Bir saat yarım keçdikdən sonra zarafatcıl ata övladlarının ağrıdan əziyyət çəkdiklərini və tez-tez ayaqyoluna qaçdıqlarını lentə alır.

Video 2016-cı ildə paylaşılıb və iki il müddətində “Youtube”da qalıb. Bir müddət əvvəl isə “Babe.net” portalı videonu yenidən paylaşıb.

Video yerləşdirildikdən sonra izləyicilər məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediblər. Həmin vaxt polis araşdırma aparıldığını açıqlasa da, bunun nəticəsi ilə bağlı ictimaiyyətə heç bir məlumat verilməyib.

Son xəbərlər
Bütün xəbərlər »