Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Evimdə baş verən oğurluq hadisəsinin 1 yaşını qeyd edəcəm" - Əməkdar artist
Xəbər verdiyimiz kimi 2017-ci il sentyabr ayının 8-də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 40/42/48/60 məhəllə, ev 4, mənzil 92-də yaşayan Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimovun evindən oğurluq edilib.

Hadisənin üzərindən 1 il keçməsinə baxmayaraq oğurluq edən şəxslər hələ də tapılmayıb.  Bu barədə Bizimyol.info-ya danışan əməkdar artist Elnur Kərimov artıq oğurluq hadisəsinin 1 illiyini qeyd etməyə hazırlaşdığını bildirib:

"Sentyabrın 8-də qardaşının evlənəcəyi xanımın qız toyu idi, ailəmiz hamısı toya getmişdi. Evə sentyabr ayının 9-u qayıtdıq, gecə saat 00:15 radələrində evimizdən oğurluq edildiyinin şahidi oldum. Belə ki, evimizdən toy üçün saxladığımız 2 min manat pul və külli miqdarda qızıl-zinəy əşyaları oğurlandı. Artıq sentyabr ayında hadisənin 1 yaşını qeyd edəcəm. Hələ də oğurluq edən şəxslər aşkarlanmayıb. bu işlə qardaşım məşğul olur, hər dəfə ondan soruşanda deyir ki, polislər hələ də axtarışda olduğunu bildirirlər".

Heydər İsmayılov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »