Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsti hava son 200 ilin rekordunu qırır...
Amerika Atmosfer İdarəsi son illərdə havaların isti keçməsi ilə bağlı aparılan araşdırmaya uyğun hesabat açıqlayıb.

Bizimyol.info Qafqazinfo.az-a istinadən xəbər verir ki, hesabatda qlobal istiləşmənin səbəb olduğu fəsadlar və iqlim dəyişikliyi ilə bağlı təhlillər yer alıb.

Məlumata görə, meteoroloji proqnozların qeydə alınmağa başlandığı 19-cu əsrin sonlarından bu vaxta qədər ən isti havalar son 4 ildə yaşanıb.

65 ölkədən 500 mütəxəssisin iştirakı ilə hazırlanan 300 səhifəlik hesabatda qeyd olunub ki, 2017-ci il son 200 ildəki ən isti illərdən biri olub. Bunun nəticəsində planetimizdə karbondioksid və metan qazının miqdarı artıb. Dəniz suyunun ümumi səviyyəsi isə 1993-cü illə müqayisədə orta hesabla 7,7 sm yüksəlib.

Bundan başqa, qütblərdə buz təbəqələrinin ərimə prosesinin də sürətləndiyi qeyd olunub.

Son xəbərlər
Bütün xəbərlər »