Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Biletlərin qiymətinin artdığı Avtovağzaldan reportaj - Fotolar
Bakı Beynəlxalq Avtovağzal Kompleksi yeni qiymətlə sərnişin biletlərinin satışına başlayıb.

Bizimyol.info xəbər verir ki, kassalardan bilet alan sərnişinlərin sayında artım müşahidə olunur. Tələbat daha çox Xaçmaz, Xudat və Gəncə istiqamətinədir.

Biletlərin qiymətinin 50 faiz artmasına narazılığını bildirən sərnişinlərə xəzinədarlar bu qərarın Tarif Şurası tərəfindən verildiyini izah edərək divardan asılmış qiymət cədvəli ilə tanış olmaqlarını xahiş edirdilər.

Kassaların və avtobusların qarşısında sərnişin sıxlığı müşahidə olunmurdu. Söhbət etdiyimiz sürücülərin sözlərinə görə, həftə sonu günlərlə müqayisədə həftə içi günlərdə adətən sərnişin azlığı müşahidə olunur.

Beynəlxalq marşrutlarda işləyən avtobuslarda gediş haqqı və baqaj yüklərinin daşınma tarifi də artırılıb.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »