Bizimyol.info ICTnews-a istinadən xəbər verir ki, bu barədə “Canalys” analitik şirkəti hesabat hazırlayıb.
Məlumata görə, cari ilin ikinci rübündə “Huawei” şirkəti 54 milyon telefon satıb ki, bu da ötən illə müqayisədə 41% daha yüksək göstəricidir. Şirkət “Huawei P20” adlı qabaqcıl smartfonunun populyarlığı sayəsində belə nəticə əldə edib.
Digər səbəb kimi şirkətin strategiyasında edilmiş dəyişiklik, xarici bazarlara çıxışı qeyd etmək olar.
2018-ci ilin ikinci rübündə “Samsung Electronics” şirkəti 73 milyon telefon satıb ki, bu da 2017-ci illə müqayisədə 8% azdır. “Apple” ikinci rübdə 41 milyon smartfon sataraq reytinqdə üçüncü yeri tutub.