Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həsənağa Sadıqovun ölüm xəbəri yalan çıxdı: Ölüm yatağındadır - Fotolar
Azərbaycanın əməkdar artisti, əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqovun vəziyyəti həddən artıq pisləşib.

Bizimyol.info verir ki, bu barədə Hacı Nuran Hüseynov məlumat yayıb. Hacı Nuran az öncə Həsənağa Sadıqovun ölüm xəbərini yaysa da, oğlu Elşənə istinadla, sənətkarın can üstə olduğunu bildirib:

"Oğlu Elşəndən aldığım son məlumata görə, Həsənağa müəllimin nəfəsi qayıdıb, gedib-gəlir, can üstündədir... Deməyə söz tapmıram".

Qeyd edək ki, Həsənağa Sadıqov 1950-ci il dekabırın 7-də Salyan şəhərində müğənni ailəsində anadan olub.

Atası və babası milli aşıq sənətinin bilicilərindən olub. Həsənağa Sadıqovun babası Aşıq Qurbanxan Muğan bölgəsinin tanınmış aşıqlarındandır.

Həsənağa Sadıqov ABŞ, Norveç, Vyetnam, Almaniya, eləcə də Afrika qitəsinin bir çox ölkələrində Azərbaycan milli musiqisini təbliğ edib.

1988-ci ildə Həsənağa Sadıqova Azərbaycan SSR əməkdar mədəniyyət işçisi fəxri adı verilib.

H.Sadıqov “Mahirlər” ailə ansamblının yaradıcısıdır.

Son xəbərlər
Bütün xəbərlər »