Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qazaxıstanda bu cür pinti, təhlükəli avtobus xətti yoxdur" - Tanınmış aparıcıdan sərt tənqid
Tanınmış aparıcı Tural Yusifov ictimai nəqliyyatda qiymətlərin bahalaşması ilə bağlı tənqidi fikirlərini bölüşüb.

Bizimyol.info xəbər verir ki, "Azad Azərbaycan" radiosunda "Avtostop" verilişinin aparıcısı Tural Yusifov bildirib ki, əvvəl normal avtobus olmalıdır, sonra qiymətinə baxılmalıdır:

"Əvvəl normal xidmət olmalıdır, sonra onun da qiymətinə baxarıq. Millətin basabasla gedib 50% daha çox pul ödəməyi doğru deyil. Hansısa marşrut sahibinin kaprizinə görə insanların cibinə girmək olmaz. Qarajı olmayan xətt sahibi hansı məntiqlə artım istəyir? Və bu artım nəyə lazım idi? Deyir Qazaxıstandan ucuzdur? Qazaxıstanda bu cür idbar, səviyyəsiz, pinti, təhlükəli avtobus xətti yoxdur" - deyə aparıcı vurğulayıb.

Qeyd edək ki, 30 iyul Tarif Şurasının qərarı ilə ictimai nəqliyyatda qiymətlər artırılıb. Bu ictimayyət tərəfindən birmənalı qarşılanmayıb.

Son xəbərlər
Bütün xəbərlər »