Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Atamı həkimlər bu vəziyyətə salıblar" — Həsənağa Qurbanovun oğlu
Tanınmış musiqiçi, əməkdar mədəniyyət işçisi Həsənağa Qurbanovun ailəsi sənətkarı müalicə edən həkimlərdən narazıdır.

H.Qurbanovun oğlu Elşən Qurbanov "Ölkə.Az"ın əməkdaşıyla söhbətində bildirib ki, məşhur musiqiçinin bu vəziyyətə düşməsinin səbəbkarı tibb işçiləridir:

"Atamı həkimlər bu vəziyyətə salıblar. Əvvəlcə dedilər ki, belində yırtıq var. Sonra bildirdilər ki, hepatit xəstəliyindən əziyyət çəkir. Dedim ki, onda qanını təmizlətdirək. Mən artıq bu həkimlərə inanmıram. Allah köməkləri olsun. Onlar mənim atamı bu vəziyyətə qoyublar".

Elşən Qurbanov atasının sənət yoldaşlarından razılığını da ifad edib:

"Bütün sənət yoldaşları, musiqiçilər gəlib gedirlər. Hamısına təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Həsənağa Qurbanov Azərbaycanın ən məşhur musiqiçilərindən hesab edilir. Əksər musiqi alətlərində ifa edə bildiyi üçün dövrünün məşhur musiqiçiləri onu "orekestr adam" adlandırıblar.

Son xəbərlər
Bütün xəbərlər »