Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mobil telefonlar yaddaşı zəiflədir
İsveçrədə 12-17 yaşlı, təxminən 700 yeniyetmə üzərində aparılan araşdırma mobil telefon radiasiyasının yaddaşa mənfi təsir göstərdiyini ortaya qoyub.

Bizimyol.info Oxu.Az-a istinadən xəbər verir ki, İsveçrə Tropikal və İctimai Sağlamlıq İnstitutunun apardığı araşdırma ilə müəyyən olunub ki, elektromaqnit sahələri beynin mobil telefon şüalanmasına məruz qalan müəyyən bölgələrində yaddaşın inkişafına mənfi təsir göstərə bilər.

“Science Daily”nin xəbərinə görə, nəticələri “Environmental Health Perspectives” dərgisində yayımlanması planlaşdırılan araşdırmada belə nəticəyə gəlinib ki, bir ildən çox mobil telefon istifadə edən yeniyetmələrdə yaddaşın inkişafı mənfi təsirə məruz qalır.

Nəticənin 2015-ci ildə “Environment International”da yayımlanan araşdırma nəticələri ilə üst-üstə düşdüyü bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »