Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ünvanlı sosial yardım ləğv olunacaq"

Ötən gün prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, bu yaxınlarda özünəməşğulluq proqramına start veriləcək. Belə ki, ölkə prezidentinin sözlərinə görə, bu məqsədlə ilkin vəsait Prezidentin Ehtiyat Fondundan ayrılacaq. İlkin mərhələdə 5-10 min ailənin bu proqramdan yararlanması üçün tədbirlər görülüb. Dövlət başçısı bu hədəfə nail olunmaqla işsizliyin aradan qaldırılacağını, bununla da ünvanlı sosial yardıma ehtiyacın qalmayacağını bildirib.

"Qaynarinfo" məsələylə bağlı millət vəkili Vahid Əhmədovdan açıqlama alıb.

Proqram nə zaman start götürəcək? Hansı qaydalar əsasında həyata keçiriləcək?

- Ümumiyyətlə bu proses artıq uzun müddət əvvəl başladılıb. Cənab prezident 2016-cı ildə Ehtiyat Fonddan 6 milyon manat vəsait ayırıb və pilot layihələr həyata keçirilməyə başlanılıb. Bununla sosial yardım alan insanlarla danışıqlar aparılıb və ailənin hansı işlə məşğul ola biləcəyi müəyyənləşdirilib. Bunun ardından həmin ailə sosial müavinətdən çıxarılır. Çünki artıq həmin şəxs öz ailəsinin ehtiyacını ödəmək iqtidarında olur.

Bəs bu layihə gözlənilən nəticəni verir?

- Mən hesab edirəm ki, verir. Məsələ belədir ki, ayrılan vəsait nəticəsində ailələrin özlərinin özlərini maddi baxımından təmin etmək potensialı yaranır. Bu da həm dövlətin büdcəsinə xeyir gətirir, həm də yoxsulluq səviyyəsinin aşağı salınmasına gətirib çıxarır.

-Sosial təminatların bir dəfəlik ləğv edilməsi prosesi hansı zaman kəsiyində baş verə bilər?

- Bilirsiniz, bu qəfildən olan bir şey deyil. Yəni, uzun illər ərzində bu proses davam edəcək və nə zaman ki, insanların sosial yardıma ehtiyacı qalmayacaq, o zaman ünvanlı sosial yardım ləğv oluna bilər.

Paylaş »
››› Ulduz  falı: 07 dekabr, 2021-ci il – Kimin səmimi olduğu aydınlaşacaq
››› Tofiq Yaqublu: “Başımdan torbanı çıxartdılar, şəklimi çəkdilər, kiməsə göndərdilər”
››› İlin sonunda bürcləri nə gözləyir...
››› Tarif Şurası gecə növbəsində, deputatı qış yuxusunda - Mən belə ölkənin nəyindən küsüm?..
››› İTV-nin "şəhidin sevgilisi" təqdimatı saxta çıxıb: Hanı üzrxahlıq?..
››› Əzrayıl istefa verib, yerinə Səhiyyəmiz təyin olunub...
››› Kremlə "sürpriz zərbə": Rusiya qırıcıları əvəzinə Türkiyə dronları
Son xəbərlər
Bütün xəbərlər »