Bizimyol.info Report-a istinadən xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı Suriyanın İnsan Haqlarına Riayət Olunması üzrə Monitorinq Mərkəzinə istinadən məlumat yayıb.
İlk hadisə terrorçu-kamikadzenin özünü Əs-Süveyd şəhərindəki bazarda partlatması nəticəsində baş verib. Bundan sonra Əl-Musalleh rayonunda da növbəti partlayış törədilib. Partlayışlar zamanı ümumilikdə 183 nəfər həlak olub.
Daha əvvəl hadisə zamanı 150 nəfərin həlak olduğu bildirilirdi.
Hər iki partlayışın terrorçular tərəfindən törədildiyi bildirilir.