Rəsmi Bakı Qərbə inteqrasiya xəttinə sadiq qaldı, Ermənistan isə...
Təhlillərimiz deməyə əsas verir ki, Azərbaycan bütün bu münaqişəli durumlardan ikitərəfli və çoxtərəfli tərərdaşlıqları gücləndirməklə çıxmağa çalışır. Bunun da səbəbləri məlumdur; Azərbaycan Şərq və Qərb sivilisaziyaları arasında bir qovşaq, körpü rolunu oynayır, daim müstəqil siyasi xətt yürüdərək inkişaf edir və müxtəlif tərəflərdən təhdidlərdən xali deyil.
Bu yaxınlarda hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşdəki çıxışlarında Azərbaycanın dünya miqyasında sürətlə inkişaf edən müasir dövlət olduğunu vurğulayan Prezident demişdi: “Gündən-günə bizim gücümüz artır, gündən-günə bizim potensialımız güclənir - həm siyasi sahədə, diplomatik sahədə, iqtisadi sahədə, hərbi quruculuq sahəsində, döyüş meydanlarında, idman meydançalarında, sosial sahədə. Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci bir ölkə olmamışdır. Ona görə, əlbəttə ki, bizim uğurlarımıza kölgə salmaq, siyasətimizə təsir etmək istəyən qüvvələr müxtəlif üsullardan istifadə edirlər. Bizə qarşı çirkin kampaniyalar aparılır, qarayaxma, şər-böhtan kampaniyaları. Yalan, iftira üzərində qurulmuş bu kampaniyaların heç bir səmərəsi olmur. Azərbaycan xalqı bu yalanlara, bu böhtanlara inanmır. Azərbaycan xalqı öz rəhbərliyinə inanır. Bu il keçirilmiş prezident seçkiləri bunu bir daha bütün dünyaya əyani şəkildə sübut etdi”.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə müxtəlif beynəlxalq tribunalardan bəyan edib ki, Azərbaycan qarşılıqlı faydalı, bərabərhüquqlu, tərəflərin, təbii ki, milli maraqlarına cavab verən tərəfdaşlığa, əməkdaşlığa hazırdır. Bundan heç zaman kənara çəkilməyib, hər zaman uzlaşma, anlaşma, qarşılıqlı məmnuniyyət yaradan əməkdaşlığa üstünlük verir. Təsir, təzyiq və başqa bu kimi yolverilməz olan üsullardan özü də istifad etmir, başqalarına da bunu Azərbaycana qarşı tətbiq etməyə imkan vermir.
Son dövrlər Azərbaycanın Prezidentinin diplomatik səyləri və çalışmaları ayrıca bir kəmiyyət və keyfiyyət sıçrayışı edib. Prezident Əliyevin Bakıda Türkiyəli həmkarı, yenidən Prezident seçilmiş Rəcəb Tayyib Ərdoğanla görüşü hər iki ölkə üçün çox faydalı olmuşdu. Bu səfərə qədər Prezent Əliyev Bakıda Prezident Ərdoğanı və başqa həmkarlarını Cənub Qaz Dəhlizinin açılış mərasimində ağırlamışdı. Daha sonra Türkiyədə TANAP layihəsinin açılış mərasiminə qatılmışdı. Bu iki hadisə elə özlüyündə Azərbaycan, Türkiyə və eləcə də, Avropa adına tarixi hadisələr idi. ABŞ Prezidenti bu layihə ilə bağlı Azərbaycanlı hımkarına məktub göndərərək təbrik etmiş, regionun qaz ehtiyatlarının dünya bazarına çıxarılmasının, Avropanın enerji təchizatında Azərbaycanın oynadığı rolun önəminə xüsusi olaraq vurğu salmışdı. Daha sonra İlham Əlieyev Brüsselə səfər etdi, Avropa İttifaqı ilə “Tərəfdaşlıq Prioritetləri”ni imzaladı. Bu da Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından, Azərbaycanın Avroatlantika geosiyasi məkanına inteqrasiya etməsi baxımından misilsiz tarixi hadisə sayılmalıdır.
Məlumdur ki, Ermənistanın keçmiş rəhbərliyi də Serj Sarkisyanın simasında Avropa İttifaqı ilə bir memorandum imzalamışdı. Bu memorandumdan sonra Ermənistanən siyasi və hərbi müttəfiqi Rusiyanın mətbuatında Ermənistanı özünə yeni sevgil axtaran ərli qadına bənzətmişdilər. Bu bənzətmə tam yerinə düşür. Çünki Rusiyaya qarşı artan Qərb sanksiyaları fonunda Ermənistan manevr etməyə, öz aləmində geosiyasi seçim axtarışına qərar verib. Sarkisyanı devirərək hakimiyyətə gələn Paşinyan və komandası bu gün bir az da irəli gedir; Rusiya sərhəd qoşunlarını Ermənstandan uzaqlaşdırmaq haqda bəyanatlar verirlər. Yəni dünənə qədər ( elə bu günkü gündə də) Rusiyanın faktik okaraq 91-ci federasiya subyekti olan Ermənistan öz himayəsarı bir balaca çətinliyə düşən və əlini üstündən azca çəkən kimi onu satmağa girişdi. Və təbii ki, Rusiya bunu qarşılıqsız qoymayacaq. Azərbaycanla Rusiyanın münasibətləri isə tamam fırqli qurulub. Azərbaycan öz müstəqilliyini əldə etdiyi ilk illərdə - Ayaz Mütəllibovun Prezidentliyi dövründə Rusiyanın orbitindən uzaqlaşmamağa çalışırdı. Prezident Elçibıyin birillik hakimiyyəti isə 180 dərəcə fərqli – Qərbyönümlü xət seçmişdi. Ancaq Heydər Əliyev hakimiyyətə gəldi və “balanslaşdırılmış siyasi xətt” seçdi. Bununla da həm Rusiya, hım Qərb, həm İran və Ttürkiyə kimi böyük regional dövlətlərlə bərabərhüquqlu əməkdaşlığa üstünlük verdi. ABŞ-dan Çinə, Yaponiyaya qədər, Britaniyadan Koreya Respublikasına qədər bütün dünya dövlətləri ilə tərəfdaşlıq mühiti formalaşdırdı. Daha sonra İlham Əliyev həmin xətti Prezident olaraq davam etdirir.
Yəni Azərbaycanın Avropa İttifaqı ilə, ABŞ-la münasibətləri Rusiya ilə əlaqələrdən və ya əksinə - asılı deyildir. Azərbaycan 1992-ci ildən Avropaya – Qərbə inteqrasiyanı seçmişdi, daha sonra bu, Rusiyanı və başqa regional dövlətləri də nəzərə almaqla balanslaşdırılmış siyasət olaraq davam etdirilib. Əgər Ermənistan Qərbyönümlü siyasəti seçirsə, ondan 26 il əvvəl bu yolu Elçibəy Azərbaycanı seçmişdi. Əgər Ermənistan balanslaşdırılmış siyasətə üstünlük vermək istəyirsə, bir vassalın müstəqil oyunçuya çevrilməsinin çətinliklərini anlamaqla yanaşı onu da biləcək ki, bu xətti Heydər Əliyev Azərbaycanı 25 ildir yürüdür və əgər bu iki yoldan hansını seçsələr, Azərbaycandan öyrənmələri lazımdır. Azərbaycan öz yolunu gedir, Ermənistan isə gah Gürcüstanın, gah Azərbaycanın yerişini yeriməyə çalışır. Bu da hələ ki alınmır və belə görünür ki, heç alınmayacaq da. Bu haşiyəni na görə çıxdıq ki, Azərbaycanın Avropa İttifaqı ilə imzaladığı sənədlə Aİ-Ermənistan sənədi arasında həm mahiyyətcə, həm formaca böyük fərqlər var. Əgər Azərbaycan Avropaya bir faydalı, vazkeçilməsi çətin, hətta mümkünsüz olan bir tərəfdaş kimi gedirsə, Ermənistan suda batanın saman çöpü axtarışını xatırladan gediş edir. Bu baxımdan da, Paşinyanın Brüsseldə biabır olması, əliboş geri qayıtması təbii idi. İlham Əliyevin NATO sammitinə dəvət olunması da ölkəmizin nüfuzuna, etibarlı tərəfdaş statusuna işarə idi.
Azərbaycan Prezidentinin sonrakı diplomatik səyləri də bu baxımdan maraq doğurur. Prezident Əiyev xeyli əvvəl Bakıda Serbiya Prezidentini qarşılamışdı. Bu yaxınlarda İtaliyanın Prezidenti ilk dəfə olaraq Azərbaycana gəldi. Bu səfər Azərbaycanla İtaliya işgüzar dairələri arasında əlaqələrin sçrayışlı inkişafı baxımından çox mühüm idi. İlham Əliyev öz italyan həmkarı ilə TAP ətrafında yaranan, daha doğrusu, kənar qüvvələrin əli ilə yaradılan maneələrin aradan qaldırılmasına çalışır. Bu yöndə danışıqlar aparıldı, hər iki tərəfə faydalı olan səbədlər imzalandı.
Bundan sonrasına baxaq. Prezedent İlham Əliyevin Fransaya səfəri Azərbaycan-Fransa və Azərbaycan-Avropa İtrifaqı əlaqələrinin daha da möhkəmləndirilməsi, yeni sahələri əhatə edən əməkdaşlıq formatlarının yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı Azərbaycan Prezidenti Fransa Prezidenti Emamnuel Makron, Fransa senatının sədri Jerar Larşe , Fransa Milli Assambleyasının sədri Fransua de Rüji , eləcə də Fransa iqtisadiyyatında aparıcı rol oynayan şirkət rəhbərləri ilə yüksək səviyyəli görüşlər keçirmişdir. Azərbaycan Prezidentinin səfərinə göstərilmiş yüksək diqqət Azərbaycan Prezidentinin simasında Azərbaycan dövlətinə yüksək etimadın bariz nümunəsi kimi qiymətləndirilməlidir. Azərbaycan dünyada, Avropa, o cümlədən Fransada etibarlı tərəfdaş kimi tanınır, qəbul edilir və buna adekvat münasibətə layiq görülür. Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri ikitərəfli iqtisadi, siyasi və humanitar əməkdaşlıq əlaqələrinin yeni səviyyəyə yüksəlişi üçün mühüm əhəmiyyətə malikdir. Səfər əsnasında Prezident İlham Əliyev Parisdə “Bouygues Travaux Publics” şirkətinin baş icraçı katibinin müavini Mark Adler, “CIFAL” qrupunun prezidenti Jil Remi,“IVECO France” şirkətinin prezidenti, “IVECO Global Bus”un rəhbəri Silvan Blez, “Rothschild and Co” şirkətinin Müşahidə Şurasının sədri Devid de Rotşild, “Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi, “Wilmotte & Associés Architectes” şirkətinin icraçı direktoru xanim Borina Andriye, “SUEZ” qrupunun baş icraçı direktoru Jan Lui Şassod, “Airbus” şirkətinin Avrasiya üzrə vitse-prezidenti Silver Delonay,“Total” şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane, “Naval” qrupunun sədri və baş direktoru Erve Giyu və s. ilə görüşlər keçirdi. Yalnız Fransanın deyil, Avropa və bütövlükdə dünyanın aparıcı iqtisadi qurumlarından şirkətlərin rəhbərləri görüş nəticəsində 2, 3 milyard dollarlıq anlaşmalar imzalanmışdır. Bu anlaşmalar həm Fransanın, həm də Azərbaycanın iqtisadiyyatına mühüm töhfə verəcək, iki ölkə arasında, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığı daha da dərinləşdirəcək. Səfər Azərbaycan Prezidenti İlham Əliyevlə fransalı həmkarı arasında şəxsi münasibətlərin pozitiv məcrada dərinləşməsi baxımdan da mühümdür. ATƏT-in Minsk qrupunun həmsədri və Avropanın aparıcı ölkələrindən biri olan Fransa rəhbərliyinin Azərbaycana və onun rəhbərliyinə yüksək münasibət bəsləməsi Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq norma və ptinsipləri çərçivəsində həllində önəmli faktor hesab oluna bilər. Fransa Avropa İttifaqının aparıcı ölkələrindən biridir və bu səfər Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından mühümdür. Səfər zamanı aparılan danışıqlar, imzalanmış sazişlər bu əlaqələrirn yeni müstəviyə yüksəlməsinə stimul verir.
Bir məsələni də diqqət mərkəzində saxlamaq lazlmdır. Təsadüfi deyil ki, artıq erməni mediasında Fransanın Ermənistana xəyanət etməsi, Azərbaycanla iqtisadi mənafeləri naminə Dağlıq Qarabağ münaqişəsinə azərbaycanpərəst mövqe tuta bilməsi haqda əks- təbliğat aparılmaqdadır. Bu Azərbaycanın artan nüfuzundan erməni lobbisinin və Ermənistanın dərin narahatlıq keçirdiyini göstərir. Özü Rusiyaya xəyanət etdiyi halda Ermənistan Fransanın ona xəyanətindən danışır. Halbuki hər kəsə məlumdur ki, zamanında Osmanlı İmperiyasına, türk xalqına xəyanət edən və Rusiya çarı ilə Osmanlı Sultanı arasındakı razılaşma ilə Rusiya İmperiyasına köçürülən ermənilərə Ermənistan adlı dövləti ruslar qurmuş, Fransadakı müəyyən qüvvələr də buna dəstək vermişdilər. Kimin kimə xəyanəti də, Azərbaycanın öz yoluna sədaqəti də göz qabağındadır. Avropa İttifaqı ilə, Qərblə münasibətlər bu yaxınlarda Almaniya kansleri Angela Merkelin Bakıya səfəri ilə daha da yürsək mərhələyə qalxmış olacaq. Bu səfər və onun yekunlarına da ayrıca qiymət verəcəyik.
Gülnarə ƏMİRQIZI