Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəki tütünçüləri aksiya keçirəcək: “Kredit üzünə həsrət qalmışıq”
Bizimyol.info-ya müraciət edən Şəki rayonun Baş Göynük kənd sakini Məmmədov Rafiq Rəhim oğlu bildirib ki, 2016-cı ildən tütün istehsalçılarına emal müəssisələrinə satılan quru tütünün hər kiloqramına və yaş tütünün hər 10 kiloqramına 0,05 AZN məbləğində subsidiya verilir.

R.Məmmədov Kənd Təsərrüfatı Nazirliyi (KTN) Baş Göynük kəndindəki 66 fermerə 2017-ci il üzrə 42 ton quru, 211 ton yaş tütünə görə 31.6 min manat subsidiya ayırıb: “Lakin nəzərdə tutulan əkiləsi hər ha yer üçün yanacaq və motor yağına görə veriləsi hər hektarına üçün 40 manat subsidiyanı, güzəştlə veriləsi gübrə subsidiyasını bizə vermirlər, bazarda satırlar. Ona görə də əldə etdiyimiz gəlir çəkilən xərcləri ödəmir. Bizdən çoxlu yersiz sənədlər tələb edirlər ki, vaxtında güzəştli kredit ala bilmirik. Kredit üzünə həsrət qalmışıq”.

Fermer iddiasına görə, mütəxəssislər KTN-nə yalan rəy verirlər ki, tütünün hər hektarına 1750 manat, pambığın isə 2500 manat maya dəyəri olur: “Əslində isə tütünün reallıqda maya dəyəri hər hektarına 2500 manatdır. Bunu qəsdən edirlər ki, satınalma dəyəri aşağı olsun. Biz fermerlərdən dövlətin ayırdığı bu 5 qəpiklik subsidiyaları almaq üçün çoxlu sənəd tələb edirlər. Dekabr ayında alınası pulu sənədləşməyə görə ləngidib mart ayında verirlər. Bu da işi ləngidir. Bu problemi isə “Aqrokredit” və yerli emal müəssisələri qəsdən yaradırlar. Biz də fəhlənin pulunu vaxtında ödəyə bilmirik”.

R.Məmmədov bildirib ki, tütünün maya dəyəri real qiymətlə, hər hektar 2500 manatdan hesablansa, o zaman yaş tütünün də hər kiloqramına 30 qəpikdən hesablanar: “İndi də Şəki tütün emalı müəssisələri biz fermerlərə şərt qoyur ki, tütün yarpağının 4-cü və 5-ci qırımından sonrakı məhsulları qəbul edəcəklər. O zaman yerdə qalan tütünü biz hara edək? Onların bu şərtləri özbaşnalıqdır. İlin ortasında bu ağır şərtlərə görə biz nəinki mayanı çıxaracağıq, hələ banklara borclu qalacağıq”.

Fermer müraciətində xahiş edirib ki, əkdikləri hər hektar sahəyə görə son illər bizə verilməli olan, lakin mənimsənilmiş 40 manat pulların və güzəştli gübrələrin bizə verilməsini, tütünün maya dəyərinin düzgün real hesablanmasına və yerli tütün emalı müəssisələrinin şərtləri öz xeyrinə dəyişdirən özbaşnalıqlarının qarşısının alınması üçün göstəriş verilsin.

“Əgər avqustun 15-dək yuxarıda qeyd etdiyimiz korrupsiya və özbaşnalıq aradan qaldırılması, o zaman biz fermerlər Şəki-Qax magistral yolunun İnçə-Aşağı Göynük hissəsinə tonlarla yaşıl tütün yarpaqlarını gətirib səpələyərək etiraz edəcəyik. O zaman qoy bizlərə çatası əkinə, gübrəyə, tütünə görə dövlətin ayırdığı subsidiyaları mənimsəyən məmurlar bir az utansınlar”,-deyə R.Məmmdov bildirib.

Fermer Məmmədov Rafiq Rəhim oğlunun şikayəti əsasında Kənd Təsərrüfatı Nazirliyinə informasiya sorğusu göndərilib.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »