Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkimlər hansı yarmanın ən faydalı olduğunu açıqladılar
Həkimlər məlumat verirlər ki, qarabaşaq "faydalılığı" üzrə birinci yeri tutur, çünki amin turşularının tərkibi qarabaşaqda tarazlaşdırılmışdır, onda çoxlu zülallar var.

Bizimyol.info Moderator.az-a istinadən bildirir ki, qarabaşaq ziyanvericilərin hücumuna məruz qalmadığından ona pestisidlər vurmurlar. Bir də qarabaşaq qanda qlükozanın səviyyəsini demək olar ki, artırmır.

İkinci yerdə qonur düyüdür. Onun emalı zamanı toxumunun qabığı qalır ki, bu da düyünün dənəsində çox faydalı mikro və makroelementləri saxlamağa imkan verir.

Üçüncü yeri isə bərk buğda sortlarından olan makaron tutub. Onu yarımhazır olana qədər bişirmək lazımdır ki, (italyanlar “al dente” deyirlər) tərkibində ağ düyüdə olduğu kimi çoxlu nişasta qalmasın.

Amma, dietoloqlar qeyd edirlər ki, yemək menyüsü nə qədər müxtəlif olarsa orqanizmə daha çox fayda gətirər.

Son xəbərlər
Bütün xəbərlər »