Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən bahalı idman klubları - SİYAHI
Forbes jurnalı dünyanın ən bahalı idman klublarının reytinqini açıqlayıb.

Oxu.az-ın xəbərinə görə, məlumat nəşrin saytında yerləşdirilib.

Siyahıya ABŞ-ın Milli Futbol Liqasının (MFL) klubu “Dallas Kovboyz” başçılıq edib. Klub 4,2 milyard dollar qiymətində dəyərləndirilib. İkinci yerdə Əsas Beysbol Liqasının (MLB) klubu “Nyu-York Yankis” (3,7 milyard dollar), üçdə isə İngiltərənin “Mançester Yunayted” futbol klubu (3,69 milyard dollar) qərarlaşıb.

Madridin “Real” klubu ikinci yerdən beşə düşüb. Kral klubunun qiyməti 3,58 milyard dollar təşkil edib.

Ümumilikdə ilk əlliliyə Avropanın yeddi futbol klubu, Milli Basketbol Assosiasiyasının (NBA) yeddi komandası, MLB-nin 8 klubu və MFL-in səkkiz komandasının adı daxil olunub.

Son xəbərlər
Bütün xəbərlər »