Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daşkənddə sərnişinin mədəsində “qızıl mədəni” aşkarlandı
Daşkənd hava limanında saxlanılan sərnişinin mədəsində 100 qram qızıl aşkarlanıb.

Bizimyol.info Oxu.Az-a istinadən xəbər verir ki, məlumatı Özbəkistanın Gömrük Komitəsi yayıb.

“Şəxsi baxış və tibbi prosedurların həyata keçirilməsi nəticəsində sərnişinin kürə formasında, ümumi çəkisi 100 qram təşkil edən 7 qızıl külçəni udduğu müəyyənləşib”, - məlumatda deyilir.

“Yaşıl dəhliz”dən keçən Özbəkistan vətəndaşı Hindistana yollanırmış. Lakin onun davranışı gömrük əməkdaşlarında şübhə doğurub.

Hazırda faktla bağlı istintaq hərəkətləri davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »