Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arazda boğulan yeniyetmələri xilas edən iki nəfər xəsarət alıb

Araz çayında boğulan uşaqları xilas edən iki nəfər xəsarət alıb.

"Report"un Aran bürosu xəbər verir ki, çayda çimən yeniyetmələrin suda boğulduqlarını görən rayon sakinləri: - 1978-ci il təvəllüdlü Əhmədov Mehman Hacıağa oğlu və 1977-ci il təvəllüdlü Hüseynov Vəli Cəfər oğlu onları xilas ediblər.

Onlar suda boğulmaq təhlükəsi ilə üzləşən yeniyetmələri sudan çıxararaq xilas ediblər. Lakin sonda hər ikisinin gücü tükəndiyindən onların qarın nahiyələrinə su dolub. Nəticədə halları pisləşib. Hər iki şəxs təcili yardım maşını ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yardım göstərildiyindən bir neçə saat sonra M. Əhmədov və V. Hüseynov ambulator müalicəyə göndərilib.

İlkin məlumata görə, Arazda çimən azyaşlı uşaqların sayı çox olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »