Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Milan” əfv olundu
“Milan” yeni mövsümdə avrokuboklarda iştirak edə biləcək.

Bizimyol.info Oxu.Az-a istinadən xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) İtaliya klubunun apellyasiya şikayətinə baxıb və maliyyə feyr-pley qaydalarını pozduğu üçün UEFA tərəfindən kluba verilən cəzanı ləğv edib.

CAS-ın rəsmi saytında bildirilib ki, klubun hazırki maliyyə durumu normaldır və avrokuboklara qatılmasına maneə yaratmır.

Qeyd edək ki, ötən mövsüm transferlərə 210 milyon avro xərcləyən “Milan” klubu maliyyə feyr-pleyini pozduğu üçün 2 il müddətinə avrokuboklardan kənarlaşdırılmışdı.

Beləliklə də, “Milan” 2018/2019-cu il mövsümündə Avropa Liqasında mübarizəyə qatılacaq.

Son xəbərlər
Bütün xəbərlər »