Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“17 il Marsdakı gizli hərbi bazada xidmət etmişəm”
Amerika dəniz piyadalarının kapitanı müsahibəsində şok faktlar açıqlayıb.

Bizimyol.info Ölkə.Az-a istinadən xəbər verir ki, keçmiş hərbçi kapitan Kay iddia edib ki, onun son 17 ili Mars planetində keçib. Key 17 il ərzində astronavtların bazasını yerli sakinlərdən qoruyub!

Sonra kapitan əlavə edib ki, “Earth Defense Force” (Yeri mühafizə xidməti) təşkilatının tabeliyində olan gizli kosmik donanmanın zabitlərindən biridir. Keyin əsas tapşırığı 5 tədqiqat bazasını aqressiv yadplanetlilərdən qorumaq olub. Kapitan 17 il ərzində Rusiya, ABŞ və Çin kimi ölkələrin hərbçiləri ilə işləyib.

Key qeyd edib ki, bir neçə il yad planetdə hərbi xidmətə hazırlıq keçib. Ona bu müddət ərzində kosmik qırıcı və bombardmançıları idarə etməyi öyrədiblər. Bu uçan aparatlar havasız şəraitdə də döyüş əməliyyatı apara bilir. Təlimlər isə Ayda yerləşən gizli bazada keçirilib.

Keçmiş hərbçi eyni zamanda etiraf edib ki, 17 illik xidmətdən çox yorulub. Bu səbəbdən rəhbərlik onun istefa xahişini anlayışla qarşılayıb. Onun istefaya çıxması şərəfinə verilən ziyafətdə ABŞ hökumətinin bir sıra üzvləri, eyni zamanda müdafiə naziri Donald Ramsfeld də iştirak edib.

Son xəbərlər
Bütün xəbərlər »