Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kişi avtomobildəki insanları belə xilas etdi: Görüntüləri milyonlar izlədi - VİDEO
"Maşın alışdı! Onları xilas etmək lazımdır! Tələsin!"

Bunu deyən kişi "Volqa"nın sürücü tərəfdə olan pəncərəsini açmağa çalışır. Lakin şüşə açılmır, çünki qəza nəticəsində mexanizm zədələnmişdi.

Belədə kişi avtomobildəki insanları xilas etmək üçün "Volqa"nın ön sağ şüşəsini təpiklə vurub sındırır və sürücünü dartıb çıxarır.

Daily Mail bildirir ki, olay Rostov-Bakı trasında yaşanıb.

"Lada" və "Volqa" avtomobillərinin toqquşması nəticəsində "Volqa" alışıb. "Volqa"dakı sürücü və sərnişinlər özləri xilas ola bilməyiblər. Onlar diri-diri yanmaq ehtimalı ilə üzləşiblər.

Yoldan ötən avtomobillərin sürücüləri özlərini çatdıraraq "Volqa"dakı adamları ölümdən qurtarıblar.

Olayın videosu YouTube-da yayılandan sonra həmin kadrları milyonlarla insan izləyib. Şərhlərin əksəriyyəti isə "O kişiyə halal olsun!" tiplidir.

Son xəbərlər
Bütün xəbərlər »