Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
 Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı iddiaları təkzib etdi
16 iyul 2018-ci il tarixində redaksiyamıza  Göyçay rayonu Müskürlü kənd sakini Həsrətov Fərman Hasil oğlu tərəfindən daxil olan müraciət əsasında "Göyçay sakinindən ədliyyə əməkdaşına qarşı şok iddialar" başlıqlı yazı dərc etmişdik. Belə ki, Müskürlü kənd sakini Fərman Həsrətovun iddialarına görə Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Müskürlü bələdiyyəsinin torpağını qanunsuz olaraq başqa şəxsə satıb. Nəticədədə isə ailənin istifadə etdiyi su arxı ləğv edilib. Müraciət edən Fərman Həsrətovun iddiasına görə susuzluğa görə ailə üzvüləri xəstə düşüb və təsərrüfatına ciddi ziyan dəyib.

Məsələ ilə bağlı tərəfimizdən Ədliyyə Nazirliyinə rəsmi sorğu ilə müraciət edilib və qarşı tərəf olan ədliyyə əməkdaşı Akif Kərimovun mövqeyi dərc edilib.

Ədliyyə əməkdaşı Akif Kərimovun sözlərinə görə isə vətəndaş Fərman Həsrətovun iddiaları tamamilə yalnış və böhtan xarakterlidir: "Mənim barəmdə saytda dərc olunan Həsrətov Fərman Hasil oğlunun verdiyi məlumatlar tamamilə əsassızdır yalandır. Həmin məlumatlar mənim şərəfimi, ləyaqətimi, nüfuzumu ləkələməyə xidmət edir. Baxmayaraq ki, bir kənddənik bu adam mənə böhtan atır və onu kimsə öyrədib”.

Bizimyol.info olaraq Ədliyyə Nazirliyinə göndərdiyimiz sorğunun cavabları gəlmədiyi halda vətəndaşın iddia müraciətini dərc etdiyimizə görə üzrhaqlığımızı bildiririk. Tərəfimizdən Ədliyyə Nazirliyinə göndərilən sorğunun cavabını da oxucularımızın diqqətinə çatdıracağıq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »