Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlərdən piylənmə ilə bağlı fikirləri alt-üst edəcək araşdırma...
Bizimyol.info Moderator.az-a istinadən xəbər verir ki, Böyük Britaniyanın York universitetinin alimləri vaxtından əvvəl ölümlə piylənmə arasında əlaqədən danışıblar.

Clinical Obesity jurnalındakı məqalədə mütəxəssislər bildiriblər ki, əgər insanda başqa metabolik pozuntular yoxdursa, artıq çəki vaxtından əvvəl ölümə səbəb olmur.

Mtəxəssislər 13 il ərzində piylənməsi olan 54 min insan üzərində müşahidə aparıblar. Məqsəd, təhlükəsiz piylənmə dərəcəsi haqqında nəzəriyyənin yoxlanması olub.

Müayinə olunanları üç qrupa bölüblər: sağlam artıq çəkisi olanlar, artıq çəkisi ilə bərabər başqa xəstəliyi də olanlar və yüksək qan təzyiqi, qanda piylənmə və qlükozanın yüksək səviyyəsi olan insanlar.

Tədqiqat dövründə 9 iştirakçı vəfat edib. Amma, onların heç biri birinci qrupa aid deyil. Beləliklə, alimlər bu nəticəyə gəliblər ki, başqa xəstəliklər olmadıqda sadəcə artıq çəki vaxtından əvvəl ölüm risqi yaratmır.

Son xəbərlər
Bütün xəbərlər »