Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qarabağ” azarkeşləri metroda vaqonları bu hala saldı - FOTOLAR
Ötən axşam “Qarabağ”-“Samtderia” matçından sonra “Gənclik” metrostansiyasında qatara minən bəzi azarkeşlər vaqonlara ziyan vurub.

Bu barədə Metropolitenin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. Hadisə “Dərnəgül” istiqamətində hərəkət edən 1566 saylı vaqonda yaşanıb. Azarkeşlər əllərindəki bayraqların sopaları ilə vaqona və videomüşahidə kamerasına zərər veriblər.

N.Paşayevin Publika.az-a açıqlamasına görə, artıq hüquq mühafizə orqanları məsələni araşdırır və metroya zərər vuran şəxslər məsuliyyətə cəlb olunacaq.

[gallery columns="1" size="large" ids="8371,8372,8373,8374">

Son xəbərlər
Bütün xəbərlər »