Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov: Futbolçularımız xarakter nümayiş etdirdilər
“Çox istəkli və aqressiv komandaya qarşı oynayırdıq. Rəqib topla davranmağı bacarır”.

Oxu.Az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan “Samtredia”sını 5:0 hesabı ilə yendikləri ilk görüşdən sonra deyib.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanov qələbəni belə şərh edib:

“4 top buraxdıqdan sonra da rəqib məğlub olmaq istəmirdi. Eşitdim ki, baş məşqçiləri yenə də şanslarının qaldığını deyib. Bu komandaya, məşqçiyə qarşı hörmətim daha da artdı. Oyuna gəlincə, çətin başlanğıc oldu. İlk hissə bizim üçün bir qədər ağır oldu. Futbolçularımız xarakter nümayiş etdirdilər. Bir dəqiqə də olsun sakitləşmədilər. Azarkeşlərin də bu gün bizə köməyi oldu. Fikrimiz cavab görüşündə olacaq. Çalışacağıq bu müddətdə çatışmayan cəhətlərimizi aradan qaldıraq. Həddən artıq diqqətli və ciddi olmalıyıq”.

Son xəbərlər
Bütün xəbərlər »