Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səhiyyə Nazirliyindən plan yerinin azalması ilə bağlı açıqlama
2018-2019-cu tədris ili üçün ali məktəblərin plan yerləri açıqlandı. Demək olar ki, bütün ixtisaslar üzrə plan yeri artıb. Kəskin artım daha çox bədən tərbiyəsi ixtisas üzrə, ciddi azalma isə tibb ixtisası üzrə oldu.

Belə ki, 2017- ci ildə IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinə tibb üzrə (Bakı və Naxçıvan daxil olmaqla) 1075 yer ayrılmışdı. Bu il, 2018-ci ildə isə IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinə (Bakı və Naxçıvan daxil olmaqla) 785 plan yeri ayrılıb. Bu il keçən illə müqayisədə tibb ixtisası üzrə IV qrupda yerlərin sayı 290 yer azalıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Bizimyol.info -ya bildirib ki, dövlət sifarişinə əsasən plan yeri azalıb: “Səhiyyə Nazirliyi Nazirlər Kabinetinə qəbul ediləcək tələbələrin sayı haqqında təklifini verir. Hökumət də bu təklifə baxıb dövlət sifarişini verib. Yəni tələbat uyğun olaraq plan yeri müəyyənləşdirilib”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »