Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə ilə Azərbaycanın psixoloqları görüşüblər
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Türkiyə Üsküdar Universiteti ilə əməkdaşlığı çərçivəsində İstanbulda "Loqos"un rəhbəri Təranə Məmmədova və Üsküdar Universitetinin rektoru pr. Nevzat Tarhanın da iştirakı ilə görüş keçirilib. Rəsmi görüşdə təhsil və sağlamlıq imkanlarının inkişafı haqqında əməkdaşlıq sazişi imzalanıb. Yeni planlar müzakirə olunub, ilk tədbirlərin tarixləri təyin edilib. Həmin tədbirlər planına uyğun olaraq Azərbaycana səfər etmiş nümayəndə heyəti iki günlük “Loqos”un qonağı olub.

Nümayəndə heyəti ilə keçirilən görüşdə “Loqos” un rəhbəri Təranə Məmmədova, NPİSTANBUL Beyin Hastanesi Tibbi Direktor Yardımçısı, Uluslararası Hasta Hizmetleri yöneticisi Dr.Hanifi Devrim, Üsküdar Universitesi Erasmus Kurum Koordinatörü, Uluslararası İlişkiler Direktörü Emre Üçsular, Üsküdar Universitesi Genel Sekreter Selçuk Uysaler və “Loqos” un bır sıra şöbələrinin rəhbər heyəti iştirak ediblər.

Görüşdən öncə nümayəndə heyəti Şəhidlər Xiyabanını və Türk Şəhidləri abidəsini ziyarət edərək, şəhidlərin əbədi xatirəsini yad ediblər. Daha sonra Bakı şəhəri haqqında qonaqlara geniş məlumat verilib. Nümayəndə heyəti “Loqos” un Yasamal, Gənclik və Azadlıq filialları ilə yaxından tanış olub və mütəxəssislər ilə görüşüblər.

Görüşün sonunda qonaqlara milli dəyərlərimizi özündə ehtiva edən hədiyyələr və “Loqos” jurnalı təqdim edilib.

Son xəbərlər
Bütün xəbərlər »