Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dəhşətli qəzada maşınları sığortalayan şirkətdən açıqlama: Kompensasiya ödənikləcəkmi?
Xəbər verdiyimiz kimi Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində yük maşınının sərnişin avtobusuna çırpılması nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb.

Bizimyol.info  məlumat verir ki, qəzada iştirak edən nəqliyyat vasitələri “Atəşgah” Sığorta Şirkəti ASC təfəfindən sığortalanıb.

90-OJ-802 dövlət qeydiyyat nişanlı yük maşının PAT 1706969295 saylı icbari sığorta şəhadətnaməsi və 10-TF-383 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun isə PAT 1872157289 saylı sığorta şəhadətnaməsi etibarlıdır.

Hadisə nəticəsində sərnişinlərə dəymiş zərəri sığorta müqaviləsinə əsasən “Atəşgah Sığorta” Şirkəti ödəməlidir.

Qeyd edək ki, ölən şəxsə birdəfəlik 5000 manat, müxtəlif dərəcəli xəsarət alanlara isə 700-3500 manat arasında sığorta ödənişi edilməlidir.

Məsələ ilə bağlı Bizimyol.info-nun informasiya sorğusuna “Atəşgah Sığorta” Şirkətindən bildirilib ki, qəza hadisəsilə bağlı onlara hələ müraciət olunmayıb.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »