Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Siyasi partiyalar haqqında” qanunda dəyişiklik ediləcək - Sərəncam imzalandı
Ölkə başçısı İlham Əliyev "Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Bizimyol.info xəbərə görə, dəyişikliyə görə, qanunun 4-cü maddəsinə aşağıdakı məzmunda altıncı hissə əlavə edilib:

"Azərbaycan Respublikasının Silahlı Qüvvələrində siyasi partiyaların yaradılması və fəaliyyəti qadağandır”.

Prezident həmçinin "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunda da dəyişiklik edib.

Dəyişikliyə əsasən, qanunun 2.3-cü maddəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib:

"Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qeyri-hökumət təşkilatlarının yaradılması və fəaliyyəti qadağandır”.

Son xəbərlər
Bütün xəbərlər »