Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
8 yaşlı qızın konserva qutularından olan ayaqları... - Fotolar
Suriyada doğulandan qıçları olmayan və atasının konserva qutularından düzəltdiyi protezlə gəzən Mayaya türk həkim sahib çıxdı.

Bizimyol.info türkiyə mətbuatına istinadən xəbər verir ki, 8 yaşlı Maya Meri ailəsi vətəndaş müharibəsi zamanı Hələbdən İdlib şəhərində qaçqın düşərgəsinə gəliblər. Doğuşdan qıçları olmayan və atasının konserv qutularından düzəltdiyi protezlə gəzməyə çalışan Mayaya türk həkimləri dəstək olublar.

O, atası Məhəmməd əl Meri ilə İstanbula gətirilib. Maya, həkim Mehmet Zeki Çulcunun düzəltdiyi protez ilə ilk dəfə dünən gəzməyə başlayıb.

Ata və 8 yaşlı qızı türk həkimlərin onlara göstərdiyi dəstəyə görə təşəkkürlərini bildiriblər.

Son xəbərlər
Bütün xəbərlər »